Həyətində çətənə bitkisi əkən Ucar rayon sakini saxlanılıb

30-06-2022, 10:46           
Həyətində çətənə bitkisi əkən Ucar rayon sakini saxlanılıb
Ucar Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayonun Çiyni kənd sakini Abid Mahmudov olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zaman fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Mahmudov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru