İyulun 02-də hava necə olacaq

1-07-2022, 16:37           
İyulun 02-də hava necə olacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-33° isti,
Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 50-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar olaraq əhalinin diqqətli olması tövsiyyə olunur.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında
Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz
17-22° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru