İyulun 08-də hava necə olacaq

7-07-2022, 17:10           
İyulun 08-də hava necə olacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq.
Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru