Milli Qurama Festivalı çərçivəsində dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası keçirilib

9-07-2022, 11:54           
Milli Qurama Festivalı çərçivəsində dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası keçirilib
Ötən gün Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Milli Qurama Festivalına start verilib.
Milli Qurama Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri yeni istifadəyə verilən və qısa müddətdə paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilən “Çəmbərəkənd” parkında təşkil edilən dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkil etdiyi bu satış yarmarkasında müxtəlif bölgələri təmsil edən quramaçı sənətkarların əl işlərinin nümayişı və satışı həyata keçirilib.
İştirakçı və qonaqların böyük marağına səbəb olan bu yarmarkada sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prossesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.
Qeyd edilib ki, 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir neçə məkanında baş tutacaq bu festival zamanı “Azərbaycanda xalq sənətkarlığı - Qurama” elmi-praktik konfransı, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun və sair tədbirlər təşkil olunacaqdır.
Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi, qurama ilə bağlı şer və ya bayatı nümunələrindən ibarət poeziya axşamı və bu sənətə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.




Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.