Balakəndə qaydaları pozan sürücülər cərimələnib

15-07-2022, 08:15           
Balakəndə qaydaları pozan sürücülər cərimələnib
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması,kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, təhlükəli manevrlər etməklə özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan,eləcə də kobud qayda pozuntularına yol verən sürücülər müəyyən olunaraq onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru