Samuxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

18-07-2022, 08:33           
Samuxda avtoxuliqanlıq edən şəxs saxlanılıb
Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakini, Yusif Hüseynov idarə etdiyi “GAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücünün avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə Y. Hüseynov 15 sutka inzibati qaydada həbs olunub məsuliyyətə cəlb olunub.
Bundan başqa bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlər nəticəsində atmosferə normadan artıq ixrac qazları buraxan 20-yə yaxın avtomobil sahibi barəsində qanunamüvafiq tədbir görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru