“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışlarının yeni mövsümü başladı
9-03-2018, 21:36
teref.az -Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, "Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru oldu
Mart ayında "Brain Ring” intellektual bilik yarışlarının növbəti – onuncu mövsümü start götürdü. "Brain Ring” bilik yarışlarında respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda iştirak edir. İyun ayınadək davam edəcək yarışlar hər həftənin bazar günü AzTV vasitəsilə yayımlanır.
"Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq dördüncü "Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə "Brain Ring” və "Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı "Nar”-ın "Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. Beləliklə, "Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də "Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.
"Azerfon” MMC ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini istifadəyə verib. Mobil operator səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
TwitterFacebookMyspaceStumbleupon