Bayıl sürüşmə zonasında bayram tədbiri

13-03-2018, 21:26           

teref.az - Bayıldakı «Riviera» mehmanxanasında Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirilmişdir. Yel çərşənbəsi günü təşkil olunan və bayram süfrəsi arxasında toplaşanları salamlayan RİH başçısı ilk növbədə iştirakçıları xalqımızın ən əziz bayramlarından olan Novruz münasıbəti ilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Bildirilmişdir ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədi ilə bir sıra təxirəsalınmaz tədbirlər görülmüş, əhalı vaxtında təhlükəli zonadan köçürülmış, müvəqqəti sığınacaq yaradılmış, vətəndaşların digər sualları həll olunmuşdur. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq dövlər tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınib və bu işlər həyata keçirilib. Evləri tam uşmuş vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcəkdir.
Hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar verıləcəkdir. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir.
Tədbirdə iştirak edən vətəndaşların çoxsaylı sualları RİH başçısı tərəfindən cavablandırılib, onlar bu problemli məsələlərinin həllinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Səmimi şəraitdə keçən görüşün sonunda sürüşmə ərazisindən köçürülən ailələrə novrüz sovqatları təqdim olunmuşdur.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.