Səbailli yeniyetmələr Naxçıvana yola düşmüşlər

15-03-2018, 14:05           

teref.az - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilmişdir.
Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçiliblər. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tədbiyə edilməsi olan tur-aksiyanın təsdiq olunmuş proqramına əsasən Səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınmışdır.
Əvvəlcə tur iştirakçıları Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin büstü önündə toplaşmış, bustün qarşısına əklil qoyulmuşdur.
Məktəblilərlə görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinın başçısı Eldar Əzizov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaq, onların maraqlı istiahəti təşkil olunacaqdır. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunmuşdur.
Tədbirdə çıxış edən məktəblilər, valideynlər, orta məktəblərin rəhbərləri yeniyetmələrin dünyagörüşünün və biliyinin daha da artmasına kömək göstərən bu tur-aksiyanın təşkili üçün ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə şagirdlərə qədim Naxçıvanın bu günü və tarixi abidələri barədə film nümayiş olundu.

Azərbaycan bayrağının rənğlərini əks etdirən şarları havaya buraxan Səbailli məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Naxçıvana yola düşmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına yola salınmışlar.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.