GƏNC YAZAR AYGÜN SADİQLƏ GÖRÜŞ

3-05-2018, 00:50           

Dünən 1 may 2018-ci ildə Bakı "Azərbaycan" Universitetində yazar Aygün Sadiqlə görüş və imza günü keçirildi.
Görüşdə universitetin rəhbərliyi, tələbələr və qonaqlar iştirak edirdi.
Tədbir çox maraqlı keçdi, qonaqların yazar haqqında səmimi fikirləri və tələbələrin ifasında müəllifin şeirləri dinlənildi. Yazarın şeirlərindən ibarət video-linklər də nümayiş etdirildi. Çıxış edən kitabın redaktoru Ə.Azəri yazarın yaradıcılığını yüksək qiymətləndirdi.
Sonra yazar yeni şeirlərini səsləndirdi, onun yaradıcılığına göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür etdi, sonda kitablarını imzaladı.
Kəmalə


GƏNC YAZAR AYGÜN SADİQLƏ GÖRÜŞ














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.