Bir bazar qalmaqalının izi ilə - Biznes rəqabətini apara bilməyib zor göstərmək istəyənlər.. FOTO
29-06-2018, 00:00
İsmayıllı rayonunun günü-gündən inkişaf etdiyini görəndə həqiqətən sevinməmək olmur. Böyük turizim potensialına malik olan və bu potensialı get-getə inkişaf etdirən Azərbaycanın bir dilbər güşəsi. Bu region təbiəti turistlərə, şəhərin əziyyətindən dincəlmək istəyənlərə uzaqdan gəl-gəl deyir.
Dünənin neqativlərindən, yarıtmaz idarəetmə ucbatından bərbad hala düşmüş İsmayıllıdan əsər-əlamət qalmayıb. Şəhər abadlaşıb, gözəlləşib. Asfalt örtüyü vurulan küçələrin sayı 70-80% təşkil edir və artıq rayonun kənd yollarına da asfalt çəkilməsi sürətlə gedir.
2017-ci ildə rayonun sosial sferasına 86.500 milyon investisiya qoyulub. Bu iki min yeni iş yeri deməkdir.Sosal inkişafın dinamikası müsbət saldo vuran rayonlardan biridir.Əbəs yerə deyil ki, Prezident cənab İlham Əliyev on rayon içində İsmayıllı rayonunun adını müsbət yöndə vurğulayıb. Bu gün Azərbaycanda özünü maliyyələşdirən rayonlardan biri də İsmayıllı rayonudur. Artıq İsmayıllı rayonu necə ildir ki, dövlətdən dotasiya almır. Əldə etdiyimiz məlumata görə İsmayıllı rayonu bu ildən dövlət büdcəsinə öz töhvəsini verəcək. Yəni büdcəyə daxilolmalarda İsmayıllı rayonunun da adı olacaq.
İcra Hakimiyyətinin gərgin əməyi sayəsində rayona investisiya axınını təmin edilir, bu investisiya qoyuluşu isə təbii ki, yeni iş yerləri deməkdir.
İcra hakimiyyətindən adını açıqlanmasını istəməyən bir məmurun dediyinə görə bu il İsmayıllının kəndlərində iş yerləri açılmalıdır. Xalça fabriki, Keyvəndi kəndində maldarlıq kompleksi, aqrokomleks, Bədoda Səhiyyə Turizm sanatroriyası açılmalıdır. Bu da 700-800 daimi iş yeri deməkdir.
Lakin bunu əski iş yerlərinin bağlanması ilə deyil, yeni iş yerləri yaratmaqla təmin etmək lazımdır ki, bunu icra hakimiyyəti müvəffəqiyyətlə həyata keçirir. Prezidentin icra başçılarının qarşısına qoyduğu əsas vəzifə budur.
Bu gün dövlət başçısının icra başçılarından tələbi onlara etibar edilmiş rayonlara investisiya axınını təmin etmək, yeni iş yerləri açmaq və əhalinin sosial rifahını yaxşılaşdırmaqdır.
İsmayıllı təcrübəsindən görürük ki, istəyəndə bunu etmək olur.
Amma çox təəssüflər olsun ki, hər zaman işıqlı həyata kölgə salmaq istəyənlər, özləri üçün nələrisə qopartmaq istəyənlər də meydan sulamaqda davam edirlər. Onların hər yerdən əli üzüləndə, üz tuturlar mediaya. Ağına bozuna baxmadan,tələb edirlər. Qanun, qanuna hörmət, yerli şərait, xalqın rifahı qalır bir tərəfdə, ancaq onların tələbləri həyata keçməlidir, onalr qazanmalıdır, onların obyektləri işləməlidir. Fikirləşmirləır ki, burdan 100-lərlə ailə çörək yeyir və yeyəcək.Bura onların məşğulluq yerləridir. Burda kəndlərdən gələn adamalr öz həyatyanı sahələrində əkib yetişdirdiklərini ucuz qıymətə əhaliyə və dincələnlərə satırlar. Əhalidə razı, dincələndə, kndçilərdə.Bazar onalrın malının maya dəyərini bahalaşdırmamalıdır, ucuzlaşdırmalıdır ki, hamı onalrdan bəhrələnsin Mal mübadiləsi getsin. İsmayıllıda isə yeni çıxan işbazlkar hər vəchlə bu ahəngi pozmaq istəyirlər. Nə yolla olur olsun. Hətta icra hakimiyyətini şantaj eləmıək bahasına belə olsa.
Bəli, İsmayıllıda bazar qalmaqalı səngimək bilmir. Sahibkar öz tikdirdiyi təzə bazarın işləməsi üçün İcra Hakimiyyətindən köhnə bazarı bağlamağı tələb edir. Bu gün bazar iqtisadiyyatının çiçəkləndiyi bir zamanda görəsən hansı icra hakimi özəl müəssisəni bağlatdıra bilər?!
Sahibkar anlamalıdır ki, artıq biznesdə izibatı amirlik zamanı keçib, lap uzaq keçmişdə qalıb. Biznesdə rəqabət qanunları hökm sürür. İsmayıllıda bütün digər rayonlarda olduğu kimi rayon bazarı mövcuddur. Kəndli öz həyətyanı sahəsindən əldə etdiyi bir vedrə tərəvəzini, iki toyuğunu gətirib bazarda satıb, yerinə ona lazım olanları ala bilir.Və bu, ona elə də baha başa gəlmir. Yəni, təbii mal mübadiləsi baş verir. Rayona dincəlməyə gələn ailələr də kəndlilərin yetişdirdiyi məhsullardan bəhrələnir. Məhsulunu satan kəndli də, mal alan şəxslər də razıdırlar. Lakin rayonda yeni, əvvəllər “Yaşıl Market” sonra isə “Yaşıl Bazar” adlanan bir təzə bazar da istifadəyə verilib. Olsun, biznesin rəqabətindən təbii olaraq xalq qazanar. Lakin elə deyilmiş. Bazar sahibi köhnə bazarın bağlanması fikrini irəli sürür və bunu İcra hakimiyyətindən tələb edir. Yenə də ortaya sual çıxır, köhnə bazar niyə bağlanılmadlır ki?!
Yaşıl bazar
Adi vaxtlarda 150-200, həftə sonları isə 500-dən çox adam bu bazarla dolanır.
İcra hakimiyyətinin əlində bazar bağlamaq kimi bir səlahiyyət varmı?Yoxdur. İcra hakimiyyətləri yeni iş yerləri yaratmaq üçün çalışırlar, bağlamaq üçün yox. Bazar isə rəqabət tələb edir.
Ismayıllıda “Yaşıl bazar” da mən də oldum. Bağlı idi. Lakin yoldan poçt idarəsinə qədər getmək istəyən bir yerli şəxs avtomobilimə əyləşdi və yol boyu onunla söhbətləşdik.
Bazarla bağlı Bayram kişinin dedikləri:
“Burada bayramlarda yarmarka təşkil edirlər. Qardaş, bura kəndçiyə sərf etmir, uzaqdır. İsmayıllının cənub çıxışında-Göyçay yolunun üstündədir. Yerlər bahadır. Bazarın sahibi avtobuslar təşkil edəcəyinə söz vermişdi, amma olmadı. Bazar sahibi kəndçini maraqlandıra bilmir. Səxavətli olmağı bacarmır.Kəndli nyə 10 illərlə öyrəşdiyi və əsasda ona sərf edən yeri qoyub bura gəlməlidir? Həm də camaat köhnə bazara öyrəşib. Orada bazar və bazar ətrafında hər şey var. Ustalar,dəmirçilər, ümumiyyətlə nə istəsən. Camaat bura gəlməz, həm də bura gəlmək baha başa gələcək, onda kəndli də gərək malını baha sata. Camaatın alıcılıq qabiliyyəti aşağı olduğundan kəndlinin məhsulu əlində qalıb zay olacaq.”
Bizə deyilənə görə “ Yaşıl Bazar ”da yerin kv/m 7 manatadır. Bunu bir vedrə tərəvəz və ya iki-üç toyuq satan kəndli ödəyə bilərmi?
Köhnə bazara yollandıq. Burada bazarın sahibi 12 nəfər payçılardır. Onlar özəlləşdirmə zamanı bazarın kollektivi kimi payların otuz faizini dövlət tərəfindən götürüblər və qalan yetmiş faizini isə alıblar. Direktor Mirsəməd Cəfərovla görüşdük.
O, nə ilə maraqlandığımızı öyrənəndən sonra gülümsədi:
-Məlumatım var. Vidadi İskəndərov adlı bir nəfərdir. Bazar açıb, xeyirli olsun deyirik.Açsın, amma bacarırsa bizimlə rəqabətə girsin, kəndlini maraqlandırsın, bizdən ucuz qiymətlər təklif etsin. Bəlkə onda kəndli onun bazarına gedər. Hər kəsin öz qisməti var. Bizim bu bazardan 200-300 ailə dolanır. Bunların da ailə üzvlərini saysaq, görün necə bir rəqəm ortaya çıxır. Bura bizim özəl müəssisəmizdir. Kim bizim özəl müəssisəmizi bağlaya bilər? Onlar neçə dəfə şikayət edib, teleqramlar vurub, komissiyalar göndərtdiriblər. Onu da sizə deyim ki, o bazr əslində Vidadi müəllimin yox Səfər adında bir ləzgi balasının adınadır.Teleqrm və məktublarda o Səfərin adından vurulur. Deyəsən Vidadi müəllim sadəcə icraçı direktordur. Yəni adı belə gedir. Şükr olsun ki, hamısından üzü ağ çıxmışıq. Xırda kəm-kəsirlərimiz olub, onu da aradan qaldırmışıq. İndi mətbuat vasitəsi ilə başçıya şər atmaq, təzyiq etmək vicdansızlıqdır. Bütün İsmayıllı camaatı bilir ki, Mirdamət müəllim İsmayıllını necə bir bataqlıqdan çıxartdı, abadlaşdırdı, xalqı işlə təmin etdi. Artıq insanların dərdini deyə biləcəyi bir ünvanı var.Hamının fikrini sayğıyla dinləyir, hamının dərdinə əlac edir. Belə bir şəxsdən bu qədər adamın çörəyinə bais olmağı tələb etmək gülüncdür vallah.Haqqı nahaqqa verən adam deyil Mirdamət müəllim.
Adi vaxtlarda 150-200, həftə sonları isə 500-dən çox adam bu bazarla dolanır.
Baxın, bura tək bizim bazar deyil, əşya bazarı da yanımızdadır, ətrafa baxsanız bütün köməkçi strukturalrı da görə bilərsiniz. O gördüyünüz dəmirçi, dərzi, dulusçu və başqa emalatxanalar da hamısı özəldir. Sahibləri var. Ətrafımız marketlər və univermaqlarla əhatə olunub. Bura oturuşmuş bir ticarət mərkəzidir. Kiminsə arzusuna görə buranı bağlatdırmağın necə bir partlayışa səbəb olacağını təxmin etmək çətin deyil. Buradan minlərlə adam çörək qazanır, dövlətə vergi verir, rayonun abadlaşdırılmasında kiçik də olsa xidmətlərini göstərirlər. Ən azından belə bir iddiada bulunmaq qanundan xəbərdar olmamaqdır.Ya da köhnə vaxtlardakı kimi “ Yuxarıda dayım varsa, nə istəsəm edərəm “ təfəkkürü ilə hərəkət etməkdir. Lakin İsmayıllı rayonunda bu keçməz. Mirdamət müəllim haqsızlığa imkan verməyəcək, ona görə də ona qarşı bu cür xoşagəlməz kompaniya aparırlar. Siz zəhmət olmasa o "Yaşıl bazar" baxın, onun yerləşdiyi yerə nəzər salın. Ora gündəlik bazar üçün əlverişli bazar yerin\ə oxşayır? Hətta əgər bizim bazarları köçürtmək istəasələr, o bazar bütün bu kantingenti yerləşdirə biləcək? Sadəcə boş boş sözlərdir, elə bilirlər əvvəlki vaxtdır, yuxarıdan əmr gələcək və hamı qaçaraq köçəcək.Elə şey ola bilməz.
Bazarı gəzərkən quru meyvə satanla da qısa söhbətimiz oldu:
-Yaşıl bazara niyə getmirsiniz?
-Burada bu yer üçün iki manat ödəyirəm, orada belə yer üçün isə məndən ən azı on beş manat istəyəcəklər!
Sonra ora yolum, gedməyim gəlməyim.Camaat bu bazara gəlir. Ora çox uzaqdır. Bura bizə rahatdır.
Biznes müştərinin qarşısına gedməlidir, müştəri biznesin yox.Müştəri kim ona sərf edirsə, kim ona daha rahat və sərfəli mal təklif edirsə ora gedir və onu heç bir inzibati resurslarla ona sərf etməyən bir məkana getməyə məcbur edə bilıməzsən.Bunu bizə biznesin qanunları diqtə edir.Biznes sağlam rəqabət deməkdir və burda onun polad qanunları hökm sürür. Müştərini maraqlandır, rəqibindən ucuz, sərfəli mal təklif etki, müştəri rəqibinin yanından sənin yanına gəlsin və təbii olaraq rəqibin bu rəqabətə dözməyərək bazardan çıxsın! Yoxsa kimlərisə təzyiq etmək, instansiyalara şikayə\t məktublrı göndərmək, vdeo müraciətlərdən istifadə etməklə biznesdə uğur qazanmaq mümkün deyil!
P.S. Hörmətli Vidadi müəllimin video müraciətinə qulaq asanda bəzi məqamlar bizə maraqlı gəldi. Əlbətdə yoxlamaq mümkün olan məqamlardan söz gedir. Onun dediyinə görə rəhmətlik qaynatası Mirdamət Sadıqovun elmi rəhbəri olub və Mirdamət müəllimi o alim edib. Rəhmətliyə rəhmət oxunası bir əməldir. Amma... Əldə etdiyimiz məlumata görə Mirdamət müəllim namizədlik disertasiyasını Moskva şəhərində müdafiə edib və elmi rəhbəri heç də Vidadi müəıllimin dediyi kimi qaynatası Mədət Allahverdiyev deyil, Lətif Əhmədov olub.
Qaldı elmlər doktoru elmi adını isə Bakıda müdafiə edib və elmi rəhbəri Akif Musayev olub. Bunu yoxlamaq olar və nəyi isə deyəsən Vidadi müəllim səhv salıb və ya bilərəkdən faktları təhrif edir. Əlbətdə bunu nVidadi müəllim özü daha yaxşı bilər. Belə belə işlər......
Birdə Vidadi müıllim deyir hansısa bir tədbirdə tanış olduq, salamlaşdıq və mənə təqdim etdilər. Sonra isə deyir ki, çörək yemişik! Amma demir harda yeyilib o çörək, axı tədbirdə tanış olublar, çörək yeməyiblər. Həmdə söz demək xatirinə söz demək ən asand şeydir. Xüsusən də qarşında abırlı adamdırsa.
Vidadi müəllim cənab prezidentin adı ilə manipulyasa etmək heç də sizin uğursuz layihənizə heç də uğur gətirməyəcək.
Qaldı Mirdamət Sadıqovun özü danışmasada, onun əvəzinə ismayıllı camaatı danışır, İsmayıllı üçün bu necə illərdə gördüyü işlər danışır. İnsanın gördüyü gözəl və xeyirli işləri varsa onun özünün danışmasına heç bir lüzum yoxdur.İsamyıllının qazandığı uğurlar onun əvəinə tam və gur səslə danışır!
Bakı - İsmayıllı - Bakı
teref.az