Ramiz Göyüşov necə YAP-çı oldu?!

15-09-2015, 10:24           

Parlament seçkiləri yaxınlaşdıqca ölkədə ictimai-siyasi fəallıq da buna adekvat olaraq yüksəlməkdədir. Seçki öncəsi fəallığın artması fonunda bəzi şəxslər barəsində mətbuatda davamlı yazıların dərc olunması diqqətdən yayınmır. Xüsusən də bu arada deputatlığa iddialı olan şəxslər barəsində ilginc məlumatların yer alması xüsusi maraq doğurur.

Vətəninfo.az xəbər verir ki, artıq neçə müddətdir ki, hakim YAP-nın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovla bağlı çox ciddi iddialar və rezonans doğuran faktlar KİV-lərdə manşetləri «bəzəyir».

Bu günlərdə isə redaksiyamızın elektron ünvanına adını açıqlamyan mənbədən daxil olan məlumatda Ramiz Göyüşovun YAP -a necə gəlməsi barədə qısa tarixi arayış çox mətləblərə aydınlıq gətirib. Məlum olur ki, R.Göyüşov YAP-a daxil olmazdan öncə Xalq Cəbhəsinin üzvü olub. Bunu onun sabiq cəbhə yoldaşarı da təsdiqləyiblər. Mənbənin məlumatına görə, 1992-ci ildə çətin ictimai-siyasi vəziyyətdə YAP yaranarkən həmin zaman kəsiyində Mingəçevirdə partiyanın rayon təşkilatının qurulmasında xüsusi xidmətləri olmuş və hazırda Milli Məclisin deputatı olan Aydın Mirzəzadə R.Göyüşovu partiyanın qurulmasına dəstək olmağa dəvət edilib. Maraqlı nüans ondan ibarətdir ki, R. Göyüşov həmin vaxt bir çox insanların yanında A.Mirzəzadəyə «Heydər Əliyevin bir ayağı o dünyadadır» deyərək partiyanın heç bir perspektivinin olmadığını bəyan edib.

Lakin zaman keçdikdən və YAP-ın ölkənin ən nüfuzlu siyasi təşkilatına çevrilməsindən sonra keçmiş cəbhəçi 1997-ci ildə təşkilata üzv olub. Həmin zamandan xeyli müddət keçməsinə baxmayaraq R.Göyüşovun ulu öndər barədə söylədiyi fikirlər hələ də sadiq YAP-çılar tərəfindən vaxtaşırı xatırladılır. Hər dəfə də R.Göyüşov "əşi, onda mən cəbhəçiydim də” -deyərək söhbətdən yayınır. Yayılan məlumatlarda keçmiş cəbhəçinin növbəti parlament seçkilərində bəzi şəxslərin dəstəyi ilə 9 saylı Binəqədi seçki dairəsindən namizədliyini irəli sürəcəyi bildirilir. Hətta onun özünəgüvənc əlaməti olaraq yaxın ətrafına bu münasibətlə qonaqlıq verdiyi də bildirilir. YAP kimi ciddi siyasi təşkilatda bu cür avantüristlərin yer alması və qaranlıq siyasi keçmişə malik olması partiyanın da nüfuzuna xələl gətirir.

Ramiz Göyüşovla bağlı ardı-ardına iddia dolu məlumatları yayımlanmasına baxmayaraq təəssüflər olsun ki, o haqqında səsləndirilən iddialara bu və ya digər şəkildə hər hansı bir açıqlama verməyib.

Qeyd edək ki, Ramz Göyüşovun Elşad Abdullayevin biznesini idarə etdiyi və nurçular tərəfindən hələ də təlimatlar aldığı barədə fikirlər gündəmdədir. Ramiz Göyüşov və onun adamları (Qüdsi Bayramov, Həsən Bayramov, Qabil Qafarov və digərləri) Elşad Abdullayevin obyektlərinin idarə olunmasına görəvləndrilblər. Mənbə iddia edir ki, Ramiz Göyüşov, Həsən Bayramov və Qüdsi Bayramov Elşad Abdullayevin bu adları sadalanan biznes qrumlarını idarə edirlər.

"Azmap” MMC, "ERA-XTM” MMC,"KNF investment” Məhdud Məsuliyyətli Cəmiyyəti,"KNF investment” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1549 kv.metr torpaq sahəsi və tikililər. "ERA GM” Mənzil tikinti kooperativi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 609 saylı bağ sahəsi.

Bir daha xatırladaq ki, qarşıdan taleyüklü seçim anı gəlir və belə bir zamanda YAP öz sıralarına bir daha nəzə yetirməli və buna uyğun qərar verməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.