Siam.az Veteninfo.az-a istinadən xəbər verir ki, İsmayıllı rayonunun Qalacıq kəndinin körpüsü uçandan sonra guya icra başçısı orada olmayıb. Tamamilə yanlış fikirdir. Başçı da, rayon fövqəladə hallar komissiyasının sədri də bir neçə dəfə hadisə yerində olublar. Rayonun imkanları daxilində olan köməklikləri göstəriblər. Vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə və “Azəravtoyol” Dövlət Agentliyinə müfəssəl məlumat verilib. Siam.az-ın qeyd etdiyinə rəğmən Qalacıqda heç bir faciəvi hal yaşanmır. Körpudə barkidilmə işləri aparılıb, hal-hazırda yüngül minik maşınlarının hərəkəti üçün müvvəqəti şərait yaradılıb, ağır yük maşınların hərəkəti üçün çayın içindən alternativ yol açılmışdır. Çox təəssüf, təəssüf ki, bəzi saytlar əhaliyə dəyən ziyandan da xeyir tapmaq istəyirlər.