İsamyıllıda ara qarışdıran "qara qüvvə"-lər

16-07-2018, 17:27           
İsamyıllıda ara qarışdıran "qara qüvvə"-lər
İsmayıllı rayonunun gün gündən inkşaf etdiyini görəndə həqiqtən sevinməmk olmur. Böyük turizim potensialına malik olan və bu potensialı get gedə inkşaf etdirilən bir Azərbaycanın dilbər güşəsi. Bu region təbiəti turistlərə, şəhərin əziyyətlərindən dincəlmək istəyənlərə uzaqdan gəl gəl deyir.
Dünənin neqativlərindən, yarıtmaz idarəetmə ucbatından bərbad hala düşmüş İsmayıllıdan əsər əlamət qalmayıb. Şəhər abadlaşıb, gözəlləşib. Asfalt olmayan küçələr qalmayıb və artıq rayonun kənd yollarına asfalt çəkilib qurtarır.
2017-ci ildə rayonun soial sferasına 86.500 milyon investisiya qoyulub. Bu 200 0 yeni iş yeri deməkdir.Sosal inkişafının dinamikası müsbət saldo vuran rayonlardan biridir.Əbəs yerə deyil ki, Prezident cənab İlham Əliyev 10 rayon içində İsmayıllı rayonunun adını çəkib. Bu gün Azərbaycanda özünü maliyyələşdirən 10 rayondan biridə İsmayıllı rayonudur. Artıq İsmayıllı rayonu necə ildir ki, dövlətdən dotasiya almır. Əldə etdiyimiz məlumata görə İsmayıllı rayonu bu ildən dövlət büdcəsinə öz töhvəsini verəcək. Bütün bunlar rayon icra hakimiyyətinin və onun başçısı Mirdamət Sadıqovun gərgin əməyinin bəhrəsidir.
Lakin axır vaxtlar sosial mediada özünü investor adlandıran bir nəfərin video şikayətləri meydan sulayır.
Vidadi İskəndərov.,,, Axı bu adam nə istəyir. Gah bazar davası edir, gah icra başçısını debata çağırır. İsmayıllıda hansısa narazılıqdan danışır. Bazar problemlərini qatıb qarışdırıb bir birinə. Bütün bunları aydıınılaşdırmaq üçün İsmayıllı rayonuna yola düşdük. İsmayıllıdan olan bir dostumuz bizi bütün bu işləri dərindən bilən biri ilə görüşdürəcəyinə söz verdi. Əvvəl yolumuzu icra hakimiyyətindən saldıq. İcra başçısı kəndlərin birində camaatla görüşdə idi. Neynək,bizə məlumat lazım idi, icra başçısı yox.Amma olsa idi bəlkə suallarımızı cavablandırardı.
Dostumuzun bizi görüşdürdüyü şəxs qətiyyətlə adının çəkilməməyini xahiş etdi.
Onun danışdıqlarından:
-Vidadi İskəndərov yerli sakin deyil və ismayıllı rayonunun nə olduğunu bilmir. Bura kiçik Azərbaycandır. 10 azsaylı millət yaşayır və dolanır. Mirdamət müəllim gəlməyənə qədər buralar bərbad gündə idi. İşsizlik, baxımsızlıq, əski başçının qohum əqrabasının “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə hərəkətləri camaatı boğaza yığmışdı. Düzdür bəzi "qara qüvvə" lərə bu sərf edirdiu. Bu qarışıqlıqdan sitifadə edib camaatın dərisini soyurdular. Amma İsmayıllı xaraba günə qalırdı. Sonra məlum hadisələr və Mirdamət müəllim başçı gəldi.
İsmayıllıda çox böyük hörmət və nüfuza malik olan bu adam İsmayıllını diriltdi.
Ismayıllını dotasiya alan rayondan özünü maliyələşdirən rayona çevirdi.
-Bəs Vidadi müəllim deyir hamı narazıdır ondan?
-Gəl burdan çıxaq şəhərə yoxlayaq..(gülür)
Çıxarıq,amma bizi əsas bu bazar məsələsi maraqlandırı.Axı Vidadi müəllim deyir milyonlarla pul xərcləmişəm bura. Mənə başçı söz verib o biri bazarları bağlayacaq və mənim bazarım işləyəıcək!Ziyana düşmüşəm.

-Müəllim Vidadi müəllim çox söz deyə bilər. O yer hazır anqarlar idi. Ora burasıənı düzəldib adını bazar qoyub. Axı o iclasda çıxış etmişdi. Demişdi “Yaşıl market” düzəldirəm, "Elektron kənd təsərrüfatı mərkəzi" yaradıram.Maşınlıar alacam, kəndçilərin mallarını internet vasitəsi ilə satacam. Öz maşınlarımla göndərəcəm. Hamısı yalan çıxdı.6-7 dənə "karobka" qurub, deyir camaat bura gəlsin. Özüdə kv-tı 5 manata. Kəndçi elə 1manat verib azdan çoxdan gətirdiyini bu bazarda satırda. Həm yolunun üstü,həm yaxın,həmdə ucuz yerdir. Indidə basıb bağlayır kii,mənə söz veriblər.Çıxışın hamının yanında olub, nəsöz veriblər sənə? Kim o bazarı bağlaya bilər?
Rayonun bu başından o başına kəndçi nə ilə onun bazarına gedəcək. Başçı kimdir ki, özəl bazarı bağlasın? Duxun var rəqabətə gir, şərait yarat kəndçi o bazardan qaçsın sənin yanına. Yoxsa kimlərinsə fitvası ilə rayonu bir birinə qarışdırmaq fikrin varsa .......
300-500 nəfər ordan çörək aparır ailəsinə. Ailəsini də saysan 2 000-3 000 adam edir. Bunlar hamısı yerli adamlardır.Onları ordan necə çıxarda bilərsən.Nədi yenə “qara qüvvə”-lər yığışıb Vidadi müəllimi qabağa veriblər. Rayonu qarışdıramq istəyirlər?
Vidadi müəllimdən soruşmaq lazımdır ki, niyə sənin şərikin səni tərk etdi? Namiq müəllim niyə səni atıb getdi.
Niyə sən həbsxana həyatı yaşamısan?
Niyə ananı, bacını məhkəməyə vermisən?
İşlətdiyin daş sexindən niyə şikayətlər səngimir?
Ardı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.