POLİS ƏMƏKDAŞLARI YENƏ FƏDAKARLIQ GÖSTƏRDİLƏR

31-07-2018, 12:19           
POLİS ƏMƏKDAŞLARI YENƏ FƏDAKARLIQ GÖSTƏRDİLƏR
Teref.az-a DİN mətbuat xidmətindən verilən məlumata görə, iyul ayının 28-də Siyəzən rayonunun Ərziküş, Köhnə Quşçu kəndləri və Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında başlamış yanğınlar küləyin təsirindən meşə ərazilərinə və Altıağac Milli parkının bir hissəsinə keçmişdir. Siyəzən və Şabran rayon ərazilərində yanğın tam söndürülmüş, küləyin təsiri ilə Quba rayon ərazinə keçən alovların qarşısının alınması müvafiq qurumlar tərəfindən davam etdirilir. Yanğın nəticəsində dağlıq ərazilərdə biçilmiş taxıl sahələri, quru ot və kol-kos yanmışdır. Hazırda Quba rayonunun Çiçi və Qənidərə kəndləri yaxınlığında davam edən yanğınların söndürülməsi istiqmətində təxirəsalınmaz tədbirlər görülür. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.
Mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri cəlb olunub. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın tətbiqi ilə yanaşı, əl əməyindən də istifadə edilir. FHN-in Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin, Rayon Polis Şöbəsinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər də yanğının söndürülməsində fəal iştirak edirlər.
Quba RPŞ-nin əməkdaşları alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin, daha böyük ərazilərə yayılmasının qarşısının alınması, əhaliyə və onların əmlakına, təsərrüfatlara dəyə biləcək ziyanın qarşısının alınması üçün sakinlərə və dövlət qurumlarına zəruri kömək göstərilir. Yanğın Söndürən Maşınların təcili və maneəsiz hərəkətinin təmini məqsədi ilə YPX-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Hüquq-mühafizə orqanları tərəfindən yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması istiqamətində araşdırmalar aparılır













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.