Dekabrın 29-da Kiyevdə "Huismisterputin" filminin təqdimatı olub.
Valeri Balayanın çəkdiyi sənədli filmdə Rusiya prezidenti Vladimir Putinin "əsl həqiqətdə kim olduğu" araşdırılıb.
Putinin özü üçün yaratdığı imic sadə həyat tərzi sürən, bütün vaxtını rus dövlətçiliyinin qorunmasına yönəldən, təvazökar rəhbər obrazı şübhə altına alınır.
Milyardlarla dollar pulun Putinin ailə üzlərinin, dostlarının əlinə necə keçdiyi, ciddi-cəhdlə ört-basdır edilən gizli sxemlərə işıq tutulur.
Valeri Balayan Putinin hələ Sankt-Peterburqun meriyasında çalışdığı vaxtlardan dövlət əmlakını talamağa başladığını iddia edir.
"Putin öz karyerasına oğurluqla başlayıb və o vaxtdan bəri heç dəyişməyib" - deyir filmin müəllifi.
Rejissorun "Azadlıq" Radiosuna təqdim etdiyi filmə baxın: