Mask Britaniyanı "polis dövləti" adlandırdı

Bu gün, 15:38           
Mask Britaniyanı "polis dövləti" adlandırdı
Milyarder və sahibkar İlon Mask Böyük Britaniyanı "tiranik polis dövləti" adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Britaniya sakinləri tiranik polis dövlətindən yorulublar" , - deyə Mask "X" sosial şəbəkə hesabında yazıb.

Mask bu bəyanatı ilə Kir Starmer və onun partiyasının reytinqlərinin düşməsi fonunda Birləşmiş Krallıqda yeni ümumi seçkinin keçirilməsinə çağıran petisiyanı dəstəkləyib. Bununla o, Böyük Britaniya hökumətinə qarşı tənqidlərini davam etdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.