Ərdoğan: “Akkuyu” AES Türkiyənin enerji ehtiyacının 10%-ni ödəyəcək

Bu gün, 12:34           
Ərdoğan: “Akkuyu” AES Türkiyənin enerji ehtiyacının 10%-ni ödəyəcək
Türkiyə enerji müstəqilliyi hədəfinə doğru irəliləyir.

APA “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlardan biri ölkənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək “Akkuyu” AES-in istifadəyə verilməsi olacaq.

“70 illik arzumuz olan nüvə enerjisinə keçid layihəsini “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi sayəsində həyata keçiririk”, - Ərdoğan qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.