Serbiya parlamentində dava: - Deputatlar əlbəyaxa oldular -VİDEO Bu gün, 15:24 Serbiya parlamentində iqtidar partiyasının üzvləri, müxalifət nümayəndələri və bəzi nazirlər arasında dava düşüb.Gununsesi.info xəbər verir ki, qarşıdurma 2025-ci il büdcəsinin müzakirəsinin başlamasından əvvəl yaşanıb.Bir neçə müxalif parlamentarinin hökumət deputatlarının asdığı banneri götürməyə cəhd etməsi gərginliyi artırıb.Parlamentin spikeri Ana Brnabiç fasilə elan etmək məcburiyyətində qalıb bütün deputatları məsləhətləşmələrə dəvət edib. Facebook-da paylaş