“Qadağan olunmuş türk malları Azərbaycandan Rusiyaya keçirilə bilər” – Baş nazirin müavini
1-01-2016, 20:22
“Rusiya Türkiyənin qadağan olunmuş məhsullarının Azərbaycan ərazisindən ölkəyə daxil ola biləcəyini istisna etmir. Bununla əlaqadar sərhəddəki situasiyanı izləyəcəyik”.
Strateq.az bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.
Dvorkoviçin sözlərinə görə, bununla bağlı monitorinqlər aparılacaq.
“Yəqin ki, Türkiyə Azərbaycan ərazisindən belə cəhdlər edəcək. Biz bu qanun pozuntusuna qarşı mübarizə aparacağıq”-, deyə Dvorkoviç Rusiya telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Rusiya 1yanvar 2016 -cı ildən etibarən Türkiyədən bır sıra məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub.