Pakistan İslam İttifaqına daxil oldu 1-01-2016, 20:36 Pakistan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 ölkənin iştirakı ilə terrorizmə qarşı qurulan İslam İttifaqına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Aizaz Çaduri məlumat verib. Onun sözlərinə görə, nazirlik Ər-Riyaddan ittifaqın şərtləri barədə məlumat tələb edib: “Pakistan terrorizmə qarşı yaradılan bu koalisiyaya qatılıb. Buna nə qədər qatqımız olacağı mövzusunda Səudiyyə Ərəbistanından detalları gözləyirik”. Xatırladaq ki, bir müddət öncə rəsmi İslamabad İslam İttifaqına qoşulmadıqlarını açıqlamışdı. Facebook-da paylaş