Təcili: Səudiyyə ilə İran müharibə astanasında - İran 27 sünni aliminin edamına qərar verdi

3-01-2016, 01:13           
Təcili: Səudiyyə ilə İran müharibə astanasında - İran 27 sünni aliminin edamına qərar verdi
İran 27 sünni din aliminin edam edilməsi ilə bağlı qərar verib.

Avropa.info xəbər verir ki, bu haqda İran İnsan Haqları Aktivistləri Agentliyi məlumat yayıb.

Məlumata görə, edam qərarının hər an həyata keçrilə biləcəyi gözlənilir.

Edamların Tehranın şimal qərbindəki Recai Şehr həbsxanasında həyata keçiriləcəyi deyilir.

Ötən həftə həbsxanada olan sünni siyasi dustaqlar "son haray" başlıqlı bir məktub dərc etdirmiş və kütləvi ölümlərin baş verəcəyinə dair xəbərdarlıq etmişdilər.

Qeyd edək ki, İranın bu addımı Səudiyyə Ərəbistanının aralarında şiə lider Nimr əl Nimrin də olduğu 47 nəfəri edam etməsinə cavab olaraq atdığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.