İrana qarşı şok çağırış: “Bu addımı atmasanız...”

14-08-2020, 09:01           
İrana qarşı şok çağırış: “Bu addımı atmasanız...”
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo avropalıların BMT Təhlükəsizlik Şurasında İrana qarşı tətbiq edilmiş silah embarqosunun uzadılmasına dair qətnaməni dəstəkləyəcəklərinə əmin olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi Avropa ölkələrinin sanksiyaların ləğv edilməsini dəstəkləmələri üçün heç bir əsaslarının olmadığını bildirib.

“Mənim fikrimcə, avropalılar bunun nə olduğunu yaxşı anlayırlar. Onların BMT-də qətnaməyə səs verəcəklərinə ümid edirəm. Belə edəcəklərinə ümidvaram”, Pompeo əlavə edib.

Dövlət katibi qeyd edib ki, Çin və Rusiya qətnaməyə veto qoysa, rəsmi Vaşinqton İrana qarşı bütün sanksiyaların yenidən tətbiq edilməsi istiqamətində addım atacaq.

Qeyd edək ki, BMT-nin rəsmi Tehrana qarşı qəbul etdiyi silah embarqosu oktyabrın 18-də sona çatır. Bundan sonra İran dünya ölkələri ilə silah alış və satışı sahəsində əməkdaşlıq edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru