Lavrov və Ayvazyan Qarabağı müzakirə edib

18-02-2021, 09:26           
Lavrov və Ayvazyan Qarabağı müzakirə edib
Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Bu çərçivədə 10 noyabr və 11 yanvar tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ayvazyan, humanitar problemlərin həlli kontekstində hərbi əsirlərin geri qaytarılmasının vacibliyini vurğulayıb. Erməni nazir, Rusiyanın Dağlıq Qarabağdakı humanitar vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.

Tərəflər eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aktual məsələlərin həll olunmasının vacibliyini vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru