Araik Arutunyan “seçkini” təxirə saldı: - Nəzarət yoxdursa, seçki də yoxdur

18-02-2021, 11:22           
Araik Arutunyan “seçkini” təxirə saldı: -
Qarabağdakı terrorçu rejim "seçkiləri" təxirə salmaq qərarına gəlib.

Bu barədə sənədi terrorçu rejimin rəhbəri Araik Arutunyan imzalayıb.

Cebhe.info Ermənistan mətbuatına istinadən bildirir ki, yerli özünüidarə orqanlarına seçkilər 1 mart 2022-ci ilə qədər təxirə salınıb.

Arutunyan qərarının səbəbini hərbi rejimlə əlaqələndirib. Ancaq sənəddə söhbətin konkret olaraq hansı ərazilərdən getdiyi açıqlanmır.

Başqa sözlə, konkret olaraq hansı ərazidə yerli özünüidarə orqanlarına seçkinin təxirə salındığı bildirilmir. Qərarın mətnində ümumi sözlərə yer verilib.

Buna səbəb Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqların işğalına son qoymasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru