Putin və Ərdoğan Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnundur - Kreml

18-02-2021, 18:38           
Putin və Ərdoğan Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnundur - Kreml
Kreml Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığına dair məlumat yayıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarından irəli gələn razılaşmaların həyata keçirilməsini və regionun sosial-iqtisadi inkişafı naminə birgə səylərin koordinasiyasını müzakirə ediblər.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunluq ifadə olunub.

Bundan başqa, Rusiya və Türkiyə liderləri koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər, iki ölkə arasında energetika sahəsində birgə böyük layihələrə toxunublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.