Son 24 saat ərzində 2 Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.
“Son 24 saat ərzində 2 qəhrəman hərbçimiz həlak olub, 2 nəfər isə yaralanaraq separatçılara əsir düşüb” – deyə yayılan məlumatda bildirilir.
Qeyd edək ki, Atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.