Hünər Sumqayıt-10” MTK ağacları qanunsuz kəsib - AÇIQLAMA

4-04-2025, 17:26           
Hünər Sumqayıt-10” MTK ağacları qanunsuz kəsib - AÇIQLAMA
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, araşdırma zamanı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi 52 ünvanında yerləşən “Hünər Sumqayıt-10” MTK-ya məxsus ərazidə, İmişli rayonu Sarxanlı kəndi ərazisində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında və Quba rayonu İkinci Nügədi kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 98 900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru