"Volkswagen" şirkəti qiymətləri kəskin artırdı

4-04-2025, 15:19           
"Volkswagen" şirkəti qiymətləri kəskin artırdı
Alman avtomobil nəhəngi "Volkswagen" Prezident Donald Trampın idxal olunan avtomobillərə 25%-lik rüsum tətbiq etməsindən sonra ABŞ-də avtomobillərinin qiymətinin artması barədə elan edən ilk istehsalçı oldu.

Bu barədə "Bloomberg" şirkət nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu qərar həm istehlakçılar, həm də avtomobil istehsalçıları üçün mənfi nəticələrə gətirib çıxaracaq ticarət siyasətində dönüş nöqtəsi ola bilər.

Almaniyanın avtomobil lobbisi "VDA"nın rəhbəri Hildeqard Müller bildirib ki, Trampın tarifləri bütün bazar iştirakçılarına zərər verəcək və bu ticarət siyasətində fundamental dönüş nöqtəsi olacaq. Amerikalı istehlakçılar artan inflyasiya və daha az seçimlə üzləşəcək, avtomobil istehsalçıları isə öz biznes strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru