“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır

4-04-2025, 16:34           
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır
Bu ilin mart ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 28,69 % təşkil edib.

“Statcounter” agentliyinin mart hesabatında xəbər verlir ki, bu, fevral ayına nisbətən 0,32 faiz bəndi azdır, bir il əvvəlki göstərici ilə müqayisədə 0,45 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq dördüncü aydır azalır.

İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq müqayisədə 0,14 faiz bəndi və illik müqayisədə 1,6 faiz bəndi artaraq 23,76 % olub.

Növbəti sıradakı “Apple”ın bazar payı aylıq müqayisədə 0,40 faiz bəndi, illik müqayisədə isə 2,73 faiz bəndi artaraq 19,09 % təşkil edib.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 0,12 faiz bəndi, illik müqayisədə 9,79 faiz bəndi azalaraq 17,26 % olub.

İlk beşliyi 5,1 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,03 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,3 faiz bəndi artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru