İsa Məsihin çarmıxa çəkilməsinin İncil versiyası təsdiqini tapdı

4-04-2025, 12:31           
İsa Məsihin çarmıxa çəkilməsinin İncil versiyası təsdiqini tapdı
İtaliyanın Sapientsa Universitetindən olan arxeoloqlar qrupu İsa Məsihin dəfn yerinin tədqiqində irəliləyiş əldə edib. Alimlər peyğəmbərin Qüdsdəki Müqəddəs Qəbir məbədinin ərazisində dəfn olunduğuna dair inandırıcı sübutlar aşkar ediblər.

Oxu.Az bu barədə "New York Post"a istinadən xəbər verir.

Qazıntılar zamanı tədqiqatçılar məbədin bilavasitə yaxınlığında yerləşən qədim bitkilərin və kənd təsərrüfatı sahələrinin qalıqlarına rast gəliblər. Bu tapıntı İncildə İohannın Məsihin dəfn yerinin təsviri ilə heyrətamiz şəkildə uyğun gəlir. Mətnə görə, İsanın çarmıxa çəkildiyi Qolqofanın yaxınlığında yeni qəbri olan bağ olub və onun cəsədi orada dəfn edilib.

Bitki qalıqlarından əlavə, arxeoloqlar ehtimal ki, İsa Məsihin dəfni üçün yer təmin edən şəxsə məxsus olan mərmər qəbir də aşkar ediblər.

Hazırda alimlər tapılmış materialların dəqiq yaşını və mənşəyini müəyyən etmək üçün ətraflı təhlil aparırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru