Niger ölkədə Rusiya səfirliyini açmaq qərarına gəlib

4-04-2025, 17:14           
Niger ölkədə Rusiya səfirliyini açmaq qərarına gəlib
Niger ölkədə Rusiya səfirliyini açmaq qərarına gəlib və bunun yaxın zamanda baş verəcəyinə ümid edir

TASS xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Bakari Yau Sanqare Sahel Dövlətləri Alyansı (SDA) nümayəndələrinin Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bu məsələ ilə bağlı bütün lazımi qərarlar qəbul edilib. İndi biz Rusiyanın Nigerdəki diplomatik nümayəndəliyi üçün uyğun bina tapmalıyıq. Tezliklə bunu həll edəcəyik. Rusiyanın bizə səfir namizədini təklif etməsini səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu ən qısa müddətdə baş verəcək”, – o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru