İsrail ordusu Qəzzada HƏMAS-ın vacib simalarını vurduğunu açıqlayıb

4-04-2025, 16:44           
İsrail ordusu Qəzzada HƏMAS-ın vacib simalarını vurduğunu açıqlayıb
İsrail qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının qərargahına zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbənin hədəfi hərəkatının adları açıqlanmayan mühüm şəxsləri olub.

“Bir müddət əvvəl İsrail Ordusu və Baş Təhlükəsizlik Xidməti Qəzza şəhəri ərazisində HƏMAS-ın komanda-nəzarət mərkəzində yerləşən tanınmış terrorçulara hücum edib. Komanda və idarəetmə mərkəzi terrorçular tərəfindən İsrailin mülki əhalisinə və hərbçilərinə qarşı hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib”, – məlumatda deyilir.

Ordu vurğulayıb ki, zərbədən əvvəl Qəzzada mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün çoxsaylı tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru