“Tesla”nın satışları kəskin azaldı

4-04-2025, 15:44           
“Tesla”nın satışları kəskin azaldı
2025-ci ilin birinci rübündə “Tesla”nın satışları kəskin azalıb.

Bu azalmanın səbəbləri İlon Maska qarşı artan reaksiya və istehsal gecikmələri olub.

Belə ki, “Tesla” satışları 13% azalaraq son üç ilin ən aşağı səviyyəsinə çatıb.

“Tesla” cari ilin ilk üç ayında 362 min 615 avtomobil istehsal edərkən, istehsal edilmiş avtomobillərdən 336 min 681 ədədini tədarük edib.

Ən çox satılan modellər “Model 3” və “Model Y” modelləri olub.

Analitiklər rüb ərzində 377 min 592 “Tesla” avtomobilinin çatdırılmasını gözləyirdilər.

Lakin, “Tesla” bu gözləntidən çox geridə qaldı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru