Dəmir yolları ilə sərnişin daşınması 10 %-dən çox artıb

4-04-2025, 16:14           
Dəmir yolları ilə sərnişin daşınması 10 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2 milyon 74 min 455 sərnişin daşıyıb.

İndex.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 193 min 101 sərnişin və ya 10,3 % çoxdur.

Bu müddət ərzində Abeşeron dairəvi marşrutu üzrəqatarlarla 1 milyon 950 min 282 sərnişin daşınıb. Bu da 2024-cü ilin ilk rübünün nəticələri ilə müqayisədə 158 min 983 sərnişin və ya 8,9 % çoxdur.

Bu ilin yanvar-mart aylarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə 95 016 sərnişin daşınıb ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 15 751 sərnişin və ya 19,9 % çoxdur.

Bu ilin ilk üç ayında Bakı-Qəbələ-Bakı marşrutu üzrə 10 679 sərnişin daşınıb ki, bu da 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 111 sərnişin və ya 1,02 % azdır.

O cümlədən, ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 1 478 sərnişin və ya 33,3 % artaraq 5 921 nəfər olub.

Hesabat dövründə Bakı-Balakən-Bakı marşrutu üzrə 18 478 sərnişin daşınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru