Barselonada partlayış, göy üzü zəhərli qazla örtüldü

1-05-2015, 21:13           
Barselonada partlayış, göy üzü zəhərli qazla örtüldü
Barselonada kimyəvi zavodda olan partlayış nəticəsində səma narıncı rəngdə zəhərli dumanla örtülüb

Nyus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Simar adlı zavodda yerli saatla 09 radələrində baş verən partlayışda 3 nəfər yaralanıb və əhaliyə açıq havaya çıxmamaq tapşırığı verilib.

Hökumət rəsmiləri hadisəyə səbəb kimi 2 kimyəvi qazın reaksiyaya girməsini göstərirlər. Simar zavodundan isə hələlik açıqlama verilməyib.

Ətrafdakı 6 qəsəbəyə yayılan zəhərli qaz buludu 65 min nəfərə təsir edib. Daxili İşlər Nazirliyi açıqlamasında havanın küləksiz olduğu üçün zəhərli qaz buludlarının dağılmadığını bildirib: “Təəssüf ki, bölgədə külək yoxdur, ona görə zəhərli qaz buludlarının dağılması bir az zaman alacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.