ABŞ Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağda keçiriləcək seçkilərin nəticələrini tanımayacaq
2-05-2015, 08:26
Rəsmi Vaşinqton mayın 3-də Dağlıq Qarabağda keçiriləcək seçkilərin nəticələrini tanımaq niyyətində deyil.
APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.
"ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar,biz mayın 3-də keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyik", deyə C.Ratke bildirib.