Koreya diktatorundan görülməmiş vəhşilik - Yeni edam metodu tətbiq olunur

2-05-2015, 20:13           
Koreya diktatorundan görülməmiş vəhşilik - Yeni edam metodu tətbiq olunur
Şimali Koreya prezidenti Kim Çen Inın ölüm hökmünə məhkum edilən şəxsləri zenit raket artilleriya qurğusu ilə öldürdüyü iddia olunur.

Avropa.info xəbər verir ki, Şimali Koreya İnsan Hüquqları İzləmə Təşkilatının yaydığı və keçən ilin oktyabr ayına aid olduğu bildirilən peyk fotoşəkillərində məhkumlar yan-yana düzülərək zenit silahları ilə öldürülür.

Pxenyan yaxınlığındakı Kangon hərbi təhsil sahəsindən çəkilən fotoşəkillərdə 6 ədəd ZPU-4 tipli zenit raket kompleksi 90 metr məsafədə düzülən şəxsləri edam etməkdə istifadə edilib.

Fotoşəkillərin aylarla mütəxəssislər tərəfindən araşdırıldığını bildirən təşkilat bu görüntülərin başqa bir məna kəsb etmədiyini irəli sürüb.

50 mm çapa malik zenit raket artilleriya qurğusu mərmisinin 24 pulemyotun atəş gücünə bərabər olduğunu vurğulayan təşkilat bu yolla edəm olunan şəxslərin bədənlərinin parça-parça olduğunu qeyd edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.