Polis Sərkisyanı kütlənin əlindən xilas etdi - VİDEO
2-05-2015, 20:22
Ermənistan polisi mayın 1-də əmək haqlarının ödənilməsi ilə bağlı İrəvanın Azadlıq meydanında aksiya keçirən “Nairit” zavodunun işçilərinə qarşı güc tətbiq edib.
Axar.az xəbər verir ki, polisin insanlara qarşı güc tətbiq etməsinə prezident Serj Sərkisyanın Zəhmətkeşlər günü münasibətilə “Qrand Holdinq”in Opera və Balet Teatrında təşkil etdiyi konsert proqramında iştirak etməsi səbəb olub. Polisə aksiya iştirakçılarının Sərkisyana yaxınlaşmasına imkan verməmək əmri verilib.
Məlumata görə, “Nairit” zavodunun əməkdaşları prezidentin bayram konsertindəki iştirakını onunla görüşmək üçün xoş hadisə hesab ediblər.
Yerli vaxtla saat 12:30-da isə meydana yeni polis qüvvələri gətirilərək nümayişçilərlə opera binasının arasına düzülüb.
Güc strukturları ilə danışıqdan sonra zavodun mətbuat katibi Anuş Arutunyan nümayişçilərin çəkilməyəcəkləri təqdirdə onlara güc tətbiq olunacağını deyib.
Nümayişçilər isə əmək haqlarının ödənilməsini və polisdən bu hərəkətlərinin izahını tələb ediblər.
Polisin səyləri nəticəsində Serj Sərkisyan fəhlələrlə görüşmədən binaya daxil ola bilib.