Məşhur dindarın lesbian nəvəsi qalmaqala səbəb olub - İranda

2-05-2015, 21:18           
Məşhur dindarın lesbian nəvəsi qalmaqala səbəb olub - İranda
Iranda hökumətə yaxın din adamının nəvəsinin nişanlı olduğu halda başqa bir qadınla avtomobil qəzasında ölməsi ölkədə qalmaqala səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tehranda saatda 250 kilometr sürətlə gedən və ağaca çırpılan Porsche-də ölən ikinci şəxs isə 20 yaşlı Parivaş Əkbərzadə olub. Ölənlərin kimlikləri açıqlandıqdan sonra isə bu xəbər ölkədə əsl sensassiyaya səbəb olub.

Sosial şəbəkələrdə İranda qadağan olunduğu halda qohumluq bağı olmayan qız və oğlanın gecə vaxtı bir avtomobildə olması, həmçinin xalq sanksiyalardan bu qədər əziyyət çəkərkən vəzifəlilərin uşaqlarının necə bu cür lüks yaşayadıqları müzakirə predmetinə çevrilib.

Araşdırmalar zamanı məlum olub ki, orta gəlirli ailənin qızı olan Parivaş sevgilisinin pulu ilə lüks həyat yaşayıb və bu fotolarını 25 mindən çox təqibçisi olduğu instagram hesabında paylaşıb.

İranın ali dini lideri Xamneyi də qəzadan sonra açıqlama verərək “bəzi zəngin uşaqları küçələrdə bahalı avtomobillərdə gəzir. Bu da cəmiyyətdə psixoloji narahatlıq yaradır” sözlərini işlədib: “Oğru, oğru deyə bağırmaqla oğurluğun qarşısını ala bilməzsiniz. Hər kəs oğurluq var deyir, lakin heç kim lazımi addımları atmır. Hökumət artıq buna bir dur deməlidir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.