İŞİD qaçmağa başladı

4-05-2015, 11:35           
İŞİD qaçmağa başladı
İraqın baş naziri Heydər əl-Əbədi İŞİD silahlılarının zəiflədiyini bəyan edib.

ANS PRESS-in məlumatına görə, nazir kanadalı həmkarı Stiven Harperlə görüşü zamanı ölkədə terrorizmə qarşı mübarizə tədbirləri barədə çıxışında bu cür ifadələr işlədib. Nazir qeyd edib ki, İraq ordusu İŞİD silahlıları üzərində kifayət qədər üstünlük əldə edib.

Heydər əl-Əbədi: “İŞİD artıq zəifləyib və geri çəkilir. Şükürlər olsun ki, biz ordumuz Diyala vilayətini tamamilə, Səlahəddin vilayətini isə qismən silahlılardan azad etməyə nail olub. Bağdad indi əvvələr olduğundan daha təhlükəsizdir”

Bir qədər əvvəl paytaxt küçələrində törədilən ardıcıl iki partlayış nəticəsində azı 17 nəfər ölmüşdü.

Hücumların İraq ordusunun əməliyyatlarına cavab olaraq İŞİD qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Kanada hərbisi İraq hökuməti ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq edir. Hazırda İraqda 70-ə yaxın kanadalı hərbiçi çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.