Ukraynanın şərqində hazırda müvəqqəti atəşkəslə müşahidə olunan hərbi konfliktdə azərbaycanlıların da iştirak etməsi sirr deyil. İstər Ukrayna ordusu, istərsə də Donetsk və Luqansk separatçılarının sıralarında xeyli azərbaycanlı könüllü vuruşur.
Modern.az saytının məlumatına görə, Ukrayna ordusuna tabe olan “K-2” könüllü batalyonunun tərkibində azərbaycanlı Zaur Bağırov da xidmət keçir. Bakı Dövlət Universitetində təhsil almış Bağırovun Azərbaycan ordusunda baş leytenant rütbəsində hərbi xidmət keçdiyi də məlumdur.
Ukrayanın Jitomir vilayətində yaşayan azərbaycanlı zabit Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün könüllü olaraq “K-2” batalyonunun tərkibinə yazılıb, hərbi əməliyyatlda iştirak edib. Bununla yanaşı, tarixi vətəni Azərbaycanla da sıx təmasda qalan hərbçi bunu social şəbəkələrdə paylaşdığı fotolarda nümayiş etdirib.
Modern.az saytı Zaur Bağırovun sosial şəbəkələrdə yer alan fotolarını təqdim edir.