Erməni səfirlə görüşə cəmi 10 nəfər gəldi - BİABIRÇILIQ

16-10-2021, 13:51           
Erməni səfirlə görüşə cəmi 10 nəfər gəldi - BİABIRÇILIQ
Oktyabrın 14-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts Nyu-Yorkdakı Erməni Vəkillər Kollegiyasının üzvləri ilə görüşə təşəbbüs göstərib, lakin həmin görüşə cəmi 10 nəfər gəlib.

Sonxeber.az-ın erməni KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Makunts öz "Twitter" səhifəsində bildirib və şərh bölümünü bağlayıb.

Təşkilatın Nyu-Yorkda yaşayan və qeydiyyatdan keçmiş 300-ə yaxın üzvü olsa da, onlardan gələn olmayıb.

Makunts dərnəyin qəyyumlar şurasının üzvləri ilə görüşdüyünü, amma idarə heyətinin sədri Lüsi Varpetyanın da orada olmadığını bildirib.

Üstəlik, tədbirin təşkilatın "Twitter", "Facebook" və rəsmi internet saytlarında yayımlanmamasına qərar verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru