Taliban əfqan qızların məktəbə gedəcəyinə vəd verdi

17-10-2021, 10:48           
Taliban əfqan qızların məktəbə gedəcəyinə vəd verdi
Taliban hərəkatı yaxın 1-2 ayda Əfqanıstanda qızların orta məktəblərə getməsinə icazə verəcəyini vəd edir.

Bu barədə ötən həftə Kabili ziyarət edən UNICEF-in icraçı direktorunun müavini Ömər Abdi bildirib.

Abdinin sözlərinə görə, Taliban tərəfindən təyin edilən təhsil naziri Talibanın, bütün qızların altıncı sinifdən sonra təhsillərinə davam etmələrinə icazə vermək üçün “çərçivə prinsipləri” üzərində işlədikləri barədə onu əmin edib.

“Hazırda burada sizinlə söhbət etdiyim müddətdə orta məktəb yaşında olan milyonlarla qız artıq 27-ci gündür ki, təhsil almır”, - deyə o, BMT-nin qərargahında jurnalistlərlə söhbətində təəssüflə əlavə edib.

Abdi onu da qeyd etdi ki, Əfqanıstanın 34 əyalətindən beşi - Balx, Cövzcan, Samanqan, Qunduz və Uruzqan artıq qızların orta məktəbə getməsinə icazə verib.

Mənbə: “Associated Press”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru