Ukraynada müharibə halı üçün məxfi plan qəbul olunub

17-10-2021, 13:23           
Ukraynada müharibə halı üçün məxfi plan qəbul olunub
Ukrayna Milli təhlükəsizlik və müdafiə şurası (MTMŞ) tərəfindən təsdiq olunmuş plan məxfi sənəddir və müharibə olacağı təqdirdə reallaşdırılacaq.
Bu barədə sözügedən idarənin katibi Aleksey Danilov xəbər verib.
"MTMŞ üzvləri təbii ki, bu sənədi görüblər. O, tam olaraq, məxfidir. Bu sənəd bir-iki gündə meydana gəlməyib. Plan üzərində 2 il Ukrayna Prezidentinin tapşırığı əsasında işləyiblər. O, kifayət qədər fundamental sənəddir. Amma sənəd müharibə halı üçündür, çünki adı belədir - müdafiə planı" - Danilov oktyabrın 15-də jurnalistə danışıb.
Onun sözlərinə görə, sənəddə o cümlədən, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi yer alır.
Bundan başqa, müdafiə planında bütün mərkəzi hakimiyyətin, yerli hakimiyyətin və hərbçilərin tam qarşılıqlı fəaliyyəti nəzərdə tutulub.
«Bütün bu komponentlər vahid koordinat sisteminə cəmləşdirilib» - Danilov əlavə edib.
MTMŞ katibinin qeyd etdiyi kimi, bu münasibətlə Ukrayna Prezidentinin tapşırığı əsasında mütləq böyük hərbi təlimlər vacibdir.
Xəbər verildiyi kimi, oktyabrın 15-də MTMŞ-nın növbəti iclasında Ukraynanın müdafiə planı təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru