Bu ölkə "qiyamət"lə üz-üzə qaldı

17-10-2021, 17:37           
Bu ölkə "qiyamət"lə üz-üzə qaldı
Çin və Tayvan arasında gərginlik artmağa davam edir. Çin Kommunist Partiyasının rəhbərliyi altında olan dövlət mediası açıq şəkildə müharibə təhdidini davam etdirir.

Publika.az xəbər verir ki, "Global Times" nəşri Çin ordusuna həyəcan siqnalı verib və "hər an döyüşə hazır olmağı" əmr edib. Bu xəbərdən sonra Tayvan ordusunun da hazır vəziyyətə gətirildiyi bildirilir.

Sözügedən xəbərlər arasında Tayvanın "qiyamət" ilə üz-üzə qaldığı ilə bağlı da təhdid yer alıb. İki ölkənin hərbi qüvvələri müqayisə edildikdə aydın olur ki, Çin 2,1 milyon əsgər, 3260 təyyarə və 3205 tankla Tayvan üzərində üstünlüyə malikdir.

Ancaq mütəxəssislər Tayvanın ərazi səbəbiylə partizan döyüşləri üçün uyğun olduğu bir qarşıdurmada hər iki tərəfin ciddi itkilər verəcəyi ilə bağlı xəbərdarlıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru