"SUBAY RUS QIZLARININ TÜRKİYƏYƏ GETMƏSİ QADAĞAN OLUNSUN" - Rusiya Dumasının ermənipərəst üzvündən sərsəm təklif

18-10-2021, 08:28           
"SUBAY RUS QIZLARININ TÜRKİYƏYƏ GETMƏSİ QADAĞAN OLUNSUN" -
Rusiya Dövlət Dumasının öz ermənipərəstliyilə tanınan deputatı Vitali Mironov növbəti dəfə antitürk xislətini nümayiş etdirib.

O, “Danışır Moskva” radiostansiyasının efirində sərsəm təkliflə çıxış edib.

Mironov Rusiya vətəndaşı olan subay xanımlara istirahət məqsədilə Türkiyəyə səfər etməyin qadağan olunmasını istəyib.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən millət vəkili Türkiyəli gənclərin rus qızlarını saxta içkilərlə məst etdikdən sonra onların başına oyun açdıqlarını iddia edib.

Qeyd edək ki, Milonov ara-sıra sərsəm təkliflərilə gündəmə gəlməyi, deyəsən çox xoşlayır. Bir müddət öncə o, kollektor fəaliyyətilə məşğul olan Rusiya vətəndaşlarını pensiyadan məhrum etməyə çağırmışdı.

Vitali Mironov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.