Rusların gedişindən Əsəd belə xəbər tutmayıb

16-03-2016, 15:20           
Rusların gedişindən Əsəd belə xəbər tutmayıb
Moskvanın Suriyadakı hərbi gücünü geri çəkməsi ani baş verib.

Axar.az xəbər verir ki, bu iddia ilə İngilətənin “Faynənşl Tayms” qəzeti çıxış edib.

Qəzetə danışan suriyalı diplomat martın 14-ünə qədər Prezident Bəşər Əsədin Moskvanın planından xəbərdar olmadığını deyib.

Diplomatın sözlərinə görə, Putinin göstəriş verdiyi vaxt Əsəd ordusu və Rusiya döyüş təyyarələri Xüms yaxınlığında İŞİD-ə qarşı həbri əməliyyat keçirirmiş.

Xatırladaq ki, martın 14-də Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.