İsrail İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb

19-06-2025, 00:16           
İsrail İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb
İsrail Hərbi Hava Qüvvələri gün ərzində İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı məlumat verib.

“Üçüncü zərbə dalğası bir müddət əvvəl başlayıb və İranın qərb bölgəsində cəmlənib. İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri yer-yer tipli raketlərin yerləşdiyi anbarlar və buraxılış qurğuları üzərində uçuşlar həyata keçirir. İstiqamət, əvvəllər vurulmuş obyektlərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan İran hərbçiləridir”, – deyə general bildirib.

Onun sözlərinə görə, İsrail İranın hərbi potensialını bərpa etməsinə imkan vermək niyyətində deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru