Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - Sadə üsullar

Bu gün, 16:44           
Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? -
Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş tükənir. Foto və videoları silmək isə arzulanan deyil, çünki bunlar qiymətli xatirələrdir.

Peopletalk.ru şəkilləri və videoları silmədən yaddaşı boşaltmaq üçün sadə, amma effektiv üsullar təqdim edib.

Tətbiq və brauzerlərin keşini təmizlə

Mobil proqramlar və brauzerlər zamanla çoxlu lazımsız fayl yığır. Onları təmizləmək cihazın sürətini artırır və yaddaşda yer boşaldır. Bu proses telefonun əsas məlumatlarına təsir etmir.

Təkrarlanan faylları və yükləmələri sil

Çox zaman eyni faylı bir neçə dəfə yadda saxladığımızın fərqinə varmırıq. Telefonun "Yaddaş" və ya "Fayllar" bölməsində bunları asanlıqla aşkar edib silmək mümkündür.

"Zibil qutusu"nu yoxla və boşalt

Silinmiş sənədlər və şəkillər "Zibil qutusu"nda müəyyən müddət saxlanılır və yaddaşın dolmasına səbəb olur. Bu bölməni mütəmadi olaraq boşaltmaq tövsiyə olunur.

İstifadə olunmayan tətbiqləri sil

Bir çox istifadəçi "birdən lazım olar" deyə tətbiqlər yükləyir, lakin onlardan heç vaxt istifadə etmir. Xüsusilə köhnə oyunlar, filmlər və ya seriallar yaddaşı ciddi dərəcədə doldura bilər.

Avtomatik yaddaş təmizləmədən istifadə et

"iOS"da "Yaddaş İdarəsi", "Android"də isə "Telefon Meneceri" bölməsində avtomatik təmizləmə funksiyası mövcuddur. Bu funksiya lazımsız faylları toplayır, lakin son silinmə əməliyyatı istifadəçinin təsdiqindən sonra baş tutur. Faylları diqqətlə nəzərdən keçirdikdən sonra silməyə qərar verə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.